Kateqoriyasız

Elxan Məmmədov UEFA-nın baş katibi ilə görüşdü

UEFA-nın baş katibi Teodor Teodoridis Avro-2020-nin A qrupu çərçivəsində iyunun 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş İsveçrə – Türkiyə qarşılaşmasını arenadan canlı izləyib.

Bu gün AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Teodoridislə görüşüb.Görüşdə Avro-2020-nin Bakıda keçirilən oyunları ilə bağlı müzakirələr aparılıb. UEFA rəsmisi təşkilatı işlərdən məmnunluğunu ifadə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43