Ölkə futbolu

Elxan Məmmədov “Qarabağ”ın yeni açılan fan-şopunu ziyarət edib

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və AFFA-nın texniki direktoru Bernhard Lippert “Qarabağ”ın yeni açılan fan-şopunu ziyarət edərək alış-veriş ediblər. 

Baş katib Elxan Məmmədov fikirlərini bildirib: 

“Qarabağ”ın fan-şopunun açılmasını görmək olduqca xoşdur. Məhsullarla yaxından tanış oldum. Sevindirici haldır ki, burada fərqli təbəqələrə xitab edilən müxtəlif və rəngarəng geyim növləri var. Uşaqdan böyüyə hər kəs nəinki idman geyimləri, eyni zamanda gündəlik həyatımızda da rahatlıqla istifadə edə biləcəyimiz məhsullar da əldə edə bilər. Qiymətlər də çox uyğundur və mən də bir neçə bəyəndiyim geyimi rahatlıqla aldım. Dizaynlar olduqca və xoşa gələndir. İnanıram ki, axşam stadionda “Qarabağ” azarkeşlərinin əyinində bu geyimlərdən görə bilərik. “Şerif”lə qarşılaşmada “Qarabağ”a uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43