Dünya futbolu

Ernan Krespo: “Bəlkə də gəlib Azərbaycanda işlədim”

Əfsanəvi sabiq futbolçu Ernan Krespo Bakıya gəlib.

İdmanxeber. az-ın məlumatına görə, şəhərimizdə Avropa Liqası üçün təşkil olunan müzeyi gəzdikdən sonra Krespo jurnalistlərin suallarını cavablandırıb:

“İlk dəfədir ki, Bakıya gəlirəm. Açığı, məni burada görmək istəyən bu qədər adamın olduğunu bilməzdim. Çox yüksək səviyyəli təşkilatçılıq var.

Çalışacam ki, Bakıda keçirilən Avroliqanın finalına gəlim. Çox istərdim ki,” Çelsi”, “İnter” və “Latsio” kimi klublar finalda oynasınlar.

Hazırda Argentinada bir klubda çalışıram. Gələcək karyeramda nələr olacağını deyə bilmərəm. Bəlkə də gəlib Azərbaycanda işlədim”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43