“Fənərbağça” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, İstanbul klubu “Portimonense”nin qapıçısı Yosuki Nakamura ilə maraqlanır. 28 yaşlı qapıçının müqaviləsində 40 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib.
Nakamura cari mövsüm klubu ilə 32 matçda çıxış edib. Yaponiyalı qolkiper bir müddət öncə Fransanın “Lion” komandasından gələn təklifi geri çevirib.

