“Fənərbağça” klubu Anderson Taliscaya 2 illik yeni müqavilə təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu Braziliya və Səudiyyə Ərəbistanından aldığı təkliflərə baxmayaraq, karyerasını “Fənərbağça”da davam etdirmək istədiyini klub rəhbərliyinə çatdırıb.
Lakin oyunçu tərəfi müqavilə şərtlərinin bir qədər yaxşılaşdırılmasını tələb edib.
Məlumata görə, tərəflər gələn həftə yenidən görüşərək danışıqları davam etdirəcəklər.

