Dünya futbolu

“Fənərbağça” Premyer Liqadan hücumçu gətirir

“Fənərbağça” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Kristal Pelas”ın hücumçusu Vilfrid Saha ilə yaxından maraqlanır. Dünən oyunçunun meneceri “Fənər”in “Trabzonspor”a qalin gəldiyi oyununda (3:1) stadionda olub.

Tərəflərin arasında danışıqların başladığı bildirilir.

Fil dişi sahilli hücumçunun klubu ilə müqaviləsi mövsüm sonu başa çatır. O, Premyer Liqa təmsilçisində illik 6 milyon 750 min avro maaş alır.

Zaha cari mövsüm 27 matçda 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43