Azərbaycanı Çempiolar Liqasında təmsil edəcək “Qarabağ” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin “Haberler.com” saytı Niderland mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Duşan Tadiçi heyətinə qatmaq istəyir. İddia edilir ki, serbiyalı futbolçuya “Ayaks” və “Olimpiakos”la yanaşı, Ağdam təmsilçisi də maraq göstərir.
Xəbərdə Azərbaycan çempionun 36 yaşlı oyunçunun meneceri ilə təmasa keçdiyi də vurğulanıb.
Tadiç ötən mövsüm “Fənərbağça”nın heyətində 53 oyun keçirib, 13 qol vurub, 18 assist edib.

