03 İyul 2026
Dünya futbolu

“Fənərbağça”nın futbolçusu Polşa klubuna keçir

“Fənərbağça”nın yarımmüdafiəçisi Bartuğ Elmaz Polşaya yollanır.

İdmanxeber.az xəbər verir ki, 22 yaşlı futbolçu Ekstraklasa klubu “Poqon”a icarəyə verilir. Müqavilədə satınalma bəndi də yer alacaq.

Bartuğ Elmaz 2022-ci ildən “Fənərbağça”da çıxış edir və bu mövsüm yalnız bir rəsmi oyunda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43