05 İyun 2026
Dünya futbolu

“Fənərbağça”nın futbolçusu Rusiya klubuna keçir

“Fənərbağça”nın futbolçusu Sofian Amrabat yayda komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə ilə “Fiorentina”ya məxsus oyunçu “Zenit”in maraq dairəsindədir. Rusiya klubu 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün “Fiorentina” ilə danışıqlara başlayacaq.

Mərakeş millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43