“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”la qarşılaşıb. Görüş təmsilçimizin qələbəsilə başa çatıb – 3:1. Matçından ardından futbolçuların performansı dəyərləndirilib.
Nüfuzlu “flashscore” saytı oyunçuları mübarizəsinə görə qiymətləndirib. Ağdam klubunun heyətində ən yaxşı qiyməti Kevin Medina alıb. Kolumbiyalı 8,6 xalla hər kəsi qabaqlayıb.


