Dünya futbolu

Fernando Musleradan atni-rekord

“Qalatasaray”lı qapıçının performansı hər kəsi təccübləndirir.

İdmanxeber.com-un məlumatına görə, “Qalatasaray”da forma geyinən Fernando Muslera bu il anti-rekordla yadda qalıb. Uruqvaylı qapıçı son 10 rəsmi görüşdə qapısından 24 top buraxıb. Qolkiper oktyabr ayından bəri çıxdığı Uruqvay millisi və “sarı-qırmızılı” komanda ilə birlikdə bütün matçlarda qapısında qol görüb.

Qeyd edək ki, “Qalatasaray”la  keçirdiyi ilk mövsümündə 18 oyun qapısında top görməyən Muslera rekorda imza atıb və “Aslanlar”ın tarixinə düşməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43