Kateqoriyasız

FIFA transferlərə məhdudiyyət gətirmək istəyir

FİFA prezidenti Canni İnfantino transferlərə məhdudiyyət gətirmək niyyətində olduqlarını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri transfer üçün xərclənən vəsaitlərin narahatedici olduğunu bildirib. O, FİFA-nın bununla bağlı müzakirələr aprdığını vurğulayıb:

“Biz qaydaları təkmilləşdirməliyik.Transfer sistemini nəzərdən keçirməyə davam edəcəyik. Futbolçular üçün ödənilən təzminatlar və maaşların şəffaflığını artırmaq üçün müzakirələr aparırıq.

Bu mövzüda hər cür maraqlı təklifə açığıq. Necə edəcəyimizə birlikdə qərar verməliyik. Xərcləmələrə müəyyən limit qoya bilərik”.

İnfantino bu gün keçirilən FİFA prezidentliyi seçkisində qalib olub.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43