İdman

“Fiorentina”nın futbolçusu komandadan ayrılmaq istəyir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” klubunun futbolçusu Milan Badeli müqaviləsini uzatmayacaq.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən məlumatına görə, Xorvatiya millisinin futbolçusuna bir çox komandalardan təklif gəlsə də, “bənövşəyilər” yarımmüdafiəçini buraxmayıblar.

Bu barədə oyunçunun agenti Deyan Yoksimoviç açıqlama verib:

 

“Yayda Badelə xeyli təklif gəlmişdi. Özü də təkcə “Milan”dan yox. “Fiorentina” onu Almaniya və İngiltərə klublarına da satmaq istəmədi. Milan orda iki dəfə çox qazana bilərdi.

Badel “Fiorentina” ilə müqaviləni uzatmayacaq. O, ya qışda, ya da gələn ilin yayında burdan gedəcək”.

 

Xorvat futbolçunun müqaviləsi 2018-ci ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43