03 İyul 2026
Dünya futbolu

“Florentino Peres Mbappe üçün yarışda olacaq”

Bernd Şuster Kilian Mbappenin bu yay “Real”a keçəcəyinə inanır.

İdmanxeber.az-ın məlumatına görə, “kral klubu”nun keçmiş baş məşqçisi bu barədə belə deyib:

“Mbappe mümkün qədər tez Avropanın 3 ən yaxşı liqasından birinə keçməlidir. Mən heyfsilənirəm ki, o, karyerasının qızıl illərinİ PSJ-də keçirir. “Real”a mövsümdə ən azı 30 qola zəmanət verə biləcək hücumçu lazımdır. Joselunun Madrid təmsilçisinin əsas hücumçusuna çevrilcəyini təsəvvür edə bilmirəm.

Kristiano Ronaldo və Kərim Benzema həmişə mövsümdə 30-40 qol vurublar, Joselu isə bunu edə bilməyəcək. Buna görə də düşünürəm ki, Florentina Peres bu yay da Mbappe üçün yarışda olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43