21 İyun 2026
Dünya futbolu

Fransalı hücumçu “İnter”də

Markus Tyuram tibbi müayinədən keçmək üçün “İnter”ə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl hücumçunun İtaliya komandası ilə 5 illik müqavilə imzalayacağı bildirilirdi. O, 2019-cu ilin iyulundan “Borussiya”da çıxış edir.

2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 32 matçda 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43