“Milan” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Tyuramı heyətinə qatmaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, fransalı forvardın Bundesliqa təmsilçisi ilə müqaviləsi başa çatıb. O, “Milan”a azad agent statusu ilə keçə bilər.
2022/23 mövsümündə Tyuram klubda 32 oyuna çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə verib.

