İdman

Futbolçu stadionda unuduldu

Türkiyə Super Liqasının III turunda səfərdə “Fənərbaxça”nı 1:0 hesabı ilə məğlub edən “Bursaspor”un futbolçusu Aziz Behiç komanda yoldaşlarının yadından çıxıb.  

 
İdmanxeber.com-un məlumatına görə, futbolçular qarşılaşmadan sonra müsahibə verən avstraliyalı oyunçunu gözləmədən “Şükrü Saracoğlu” stadionundan ayrılıblar.

 
Müsahibə başa çatdıqdan sonra komandanın avtobusunu axtaran Behiç onu tapmayıb. Məlum olub ki, hamı gedib, o qalıb. Daha sonra Behiç başqa maşına əyləşərək, komandanın avtobusuna çata bilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43