09 İyul 2026
İdman

“Qarabağ”ın rəqibi də 3 xal qazandı

Yunanıstan Superliqasında 2016/17 mövsümünə start verilib. 

İdmanxeber.com-un məlumatına görə, klubların boykotu səbəbindən ilk 2 turu təxirə salınan birincilik nəhayət başlayıb.

 

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan PAOK ilk oyununu keçirib və mövsümə 3 xalla girib.

 

Saloniki təmsilçisi evdə “Panetolikos”u məğlub edib – 2:1.

 

Yunanıstan Superliqası

III tur

11 sentyabr

 

PAOK – “Panetolikos” – 2:1

Qollar: Bisesvar, 2. Rodriqes, 27 – Varda, 90+1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43