İdman

Gənclər və İdman Nazirliyində görüş

İyunun 7-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstan Respublikasının müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İdmanxeber.az xəbər verir ki, qonaqları salamlayan nazir Fərid Qayıbov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib.

Nazir Kristof Szalay-Bobrovnicski səmimi qəbula görə təşəkkür edib və dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43