11 İyul 2026
İdman

Gimnastlarımız beynəlxalq turniri 7 medalla başa vurublar

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirində 7 medal qazanıblar.

İdmanxeber.az-ın məlumata görə, milli komanda yarışı 4 qızıl, 2 gümüş və 1 bürünc mükafatla başa vurub.

Yığmanın heyətində Ammar Baxşaliyev (13-14 yaş, batut gimnastikası), Nicat Mirzəyev (15-16 yaş, batut gimnastikası), Aleksey Karataşov (15-16 yaş, tamblinq), Bilal Qurbanov (böyüklər, tamblinq) birinci, Fərhad Mustafayev (11-12 yaş, batut gimnastikası), Tofiq Əliyev (böyüklər, tamblinq) ikinci, Adil Hacızadə (böyüklər, tamblinq) isə üçüncü yeri tutub.

Qeyd edək ki, martın 30-da start götürən turnir aprelin 4-də yekunlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43