İdman

Göygöldə Avropa Kuboku başlayır

Göygöldə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün start verilir.

İdmanxeber.az xəbər verir ki, turnirin ilk günündə qızların yarışında 40 kq, 44 kq, 48 kq, və 52 kq, oğlanlarda isə 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, iki gün ərzində 18 ölkədən 268 cüdoçu tatamiyə çıxaraq medallar uğrunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43