Dünya futbolu

“Napoli” Osimheni satmır

Viktor Osimhenin “Napoli”dəki gələcəyi bəlli olub.

İdmanxeber.az-xəbər verir ki, bu barədə klubun prezidenti Aurelio De Laurintis məlumat verib. O, nigeriyalı forvardı buraxmayacaqlarını bildirib:

“Osimheni bu yay satmayacam. Baş məşçqi də bizimlə qalacaq. Mən artıq Spalletti ilə müqaviləni növbəti mövsüm üçün uzatmaq seçimini aktivləşdirmişəm”.

Xatırladaq ki, Osimhen Avropanın bir neçə böyük klublarının diqqətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43