09 İyul 2026
Kateqoriyasız

Hava şəraiti pisləşdi, meydança yararsız vəziyyətə düşdü – Milli problemlə üzləşdi

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya yığması ilə oyunu təxirə salınıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

B Liqasının 5-ci qrupunun 2-ci turu çərçivəsində bu gün keçirilməli olan görüş Strumitsa şəhərində hava şəraitinin əlverişsiz və meydançanın yararsız vəziyyətdə olması səbəbindən başqa vaxta keçirilib.

Qarşılaşmanın noyabrın 29-da reallaşması nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43