Futzal üzrə Azərbaycan milli komandasının bu gün dünya çempionatının seçmə mərhələsinin play-off raundunda keçirəcəyi ilk oyun canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, Almere şəhərindəki Topsportcentrum idman kompleksində Hollandiya yığması ilə oyun “CBC Sport” televiziya kanalında birbaşa nümayiş etdiriləcək.
Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.