İdman

“İdman Azərbaycan” “Qarabağ”ın oyununu canlı yayımlamayacaq: Bəs hansı kanallar?

Bu axşam UEFA Çempionlar Liqasının C qrupunun görüşləri çərçivəsində təmsilçimiz “Qarabağ”ın səfərdəki “Çelsi” ilə oyunu seçmə mərhələlərdə olduğu kimi izləməyə öyrəşdiyimiz “İdman Azərbaycan” kanalında canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, kanal rəhbərliyi bu dəfə bu işi “AZ Tv”yə həvalə edib. “Çelsi” “Qarabağ” matçı Azərbaycan televizyasının canlı yayımında olacaq. Bundan başqa təmsilçimizin oyununu Türkiyənin “Tivibu Spor 4” kanalı da canlı olaraq azarkeşlərə təqdim edəcək.

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü əvvəlcə “Tivibu Spor 4” kanalının proqram sıralamasında son anlarda salınıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43