14 İyul 2026
Ölkə futbolu

“İdman TV”dən açıqlama: “Qarabağ” da məsuliyyət daşıyır”

“İdman TV”  “Olimpiya” – “Qarabağ” görüşünün canlı yayımlanmaması ilə bağlı iddialara cavab verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə kanal sosial şəbəkə hesabından paylaşım edib:

“Hörmətli futbol azarkeşləri, “Qarabağ” – “Olimpiya” komandalarının Avropa Liqasının pley-off mərhələsi çərçivəsində ilk görüşün “İdman” TV ilə göstərilməməsi ilə bağlı narahatlığınızı və iradlarınızı başa düşür və üzr istəyirik. “Qarabağ” futbol klubundan fərqli olaraq biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Çünki birmənalı şəkildə bildiririk ki, yayımla bağlı ortaya çıxan problemdə “İdman TV” qədər “Qarabağ” FK da məsuliyyət daşıyır. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək və yalnız bundan sonra ictimaiyyətə açıqlama veriləcəkdir”.

Qeyd edək ki, “Qarabağ”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43