14 İyul 2026
Kateqoriyasız

UEFA Ağayev və Məsiyevi İsveçrəyə çağırdı

Azərbaycanın FİFA dərəcəli hakimləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-nın seminarında iştirak edəcəklər.

İdmanxeber.az xəbər verir ki, E.Məsiyev 29-31 avqust tarixlərində qitə futbol qurumunun baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqrama qatılacaq.

Ə.Ağayev isə sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/2024 yay kursunda iştirak edəcək.

Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilən referilər dəvət olunublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43