09 İyul 2026
Dünya futbolu

“İki oyunçunu analiz etmişdim, amma Höylundu yox” – Koxalski

“Azərbaycanda ilk vaxtlar özümü ideal hiss etmirdim, Avropaya qayıtmaq istəyirdim. Amma bu, mümkün olmadı və qalmaqla yaxşı qərar vermiş oldum. İndi məqsədim daha da inkişaf etmək, irəli getmək və arzularım uğrunda mübarizə aparmaqdır”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Mateus Koxalski Polşa mətbuatına verdiyi müsahibəsində deyib.

“Napoli” ilə matçda əla seyvlər edən, penalti qaytaran Ağdam klubunun qolkiperi sözügedən görüşdəki qurtarışları ilə bağlı verilən sualı belə cavablandırıb:

“Xüsusi nəzəriyyələrim yoxdur. Analiz edərkən futbolçunun zərbədən əvvəl dayanıb-dayanmadığını, qəribə hərəkətlər edib-etmədiyini, adətən hansı küncə vurduğunu izləyirəm. İki oyunçunu analiz etmişdim, amma Höylundu yox. Ona görə meydanda tez qərar verməli oldum”.

Koxalski “Qarabağ”ın Azərbaycandan gördüyü dəstəkdən də danışıb: “Qarabağ” bütün ölkənin qürurudur. Yaxşı oynayırıq, güclü rəqibləri məğlub edirik. Komanda illərdir Çempionlar Liqasına hesablanaraq qurulur, məşqçi də çox rotasiya edir. Bu mövsüm belə nəticə əldə edəcəyimizi heç kim gözləmirdi. Üç oyun qalıb və pley-offa çıxmaq imkanımız realdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43