Misli Premyer Liqasının XIII turunda “Turan Tovuz” doğma meydanda “Neftçi”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşə itkilərlə çıxacaq. İbrahima Vadji və David Tavareş zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Neftçi”də isə itki yoxdu. Komanda bütün heyətlə oyuna hazırlaşıb.
Xatırladaq ki, “Turan Tovuz” – “Neftçi” matçı bu gün saat 18:30-da start götürəcək.

