29 İyun 2026
Ölkə futbolu

“İmişli”nin daha iki rəqibi bəlli oldu

“İmişli”nin yay hazırlıq planı çərçivəsində keçiriləcək yoxlama oyunlarında daha iki rəqibi bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 19-da “Araz Naxçıvan-2”, iyulun 23-də isə “Sumqayıt”la qarşılaşacaq.

“İmişli” avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar daha əvvəl açıqlanıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43