29 İyun 2026
Ölkə futbolu

“Qəbələ” “Şamaxı”ya qalib gəldi

Bu gün “Qəbələ” və “Şamaxı” yoxlama oyunu keçiriblər.

İdmanxeber.az xəbər verir ki, komandalar Qəbələ şəhər stadionunda üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

“Qəbələ”nin heyətində Ziya Şəkərxanov və Salman Ələsgərov fərqlənib. “Şamaxı”nın yeganə qolunu isə David Thomaz Santos vurub.

“Qəbələ”nin yay toplanışı avqustun 8-dək davam edəcək. Komanda bu müddət ərzində 5 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblərdən birinin “İmişli” olacağı dəqiqləşib.

“Şamaxı” isə “Karvan” (21 iyul), “Kəpəz” (26 iyul) və “İmişli” (9 avqust) ilə üz-üzə gələcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43