Dünya futbolu

İngiltərə mətbuatı: “Özil üçün sanki ev oyun idi”

Avroliqanın qrup mərhələsinin ikinci turuna yekun vurulub.

Dünən Avroliqanın qrup mərhələsinin II turunda “Qrabağ”a qalib gələn “Arsenal” komandası qrupda ardıcıl ikinci qələbəsini qazanıb. Oyunun ikinci hissəsində meydana daxil olan türk əsilli futbolçu Mesut Özilin alqışlarla qarşılanması  İngiltərə mətbuatının da diqqətini çəkib. Oyun haqda dərc edilən məqalədə Özilin sanki ev oyununda olduğu qeyd edilib:

“Qarabağ” azarkeşləri hesabda geridə olmalarına baxmayaraq, türk əsilli oyunçu meydana daxil olarkən onu böyük sevinclə qarşıladılar.  Azarkeşlər top hər onun ayağına gələndə ona qarşı olan sevgilərini göstərirdilər. Qarşılaşma Mesut üçün səfər oyunundan daha çox ev oyunu kimi keçdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43