21 İyun 2026
Dünya futbolu

İngiltərə Premyer Liqası ölkəmizdə yayımlanmayacaq?

“İctimai TV” bu mövsüm İngiltərə Premyer Liqasını yayımlamayacaq.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə kanal rəsmisi  Kənan Hakimov sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, Premyer Liqa ardıcıl iki ildir İTV-də yayımlansa da, bu mövsüm üçün nəzərdə tutulmayıb.

Dünyanın ən yaxşı çempionatı sayılan İPL-in ölkəmizdə yayımlanıb-yayımlanmayacağı hələ də bəlli deyil. 

Qeyd edək ki, Premyer Liqa avqustun 11-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43