“Lester”in hücumçusu Ceymi Vardi Səudiyyə Ərəbistanı klubunun təklifini geri çevirib.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı oyunçunun xidmətində “Əl Xəlic” klubu maraqlıdır. Ancaq ingiltərəli futbolçu bu təklifi dərhal geri çevirib.
Vardi 2012-ci ilin iyul ayından “Lester Siti”də çıxış edir və 2022/23 mövsümündə “tülkülər”in heyətində bütün yarışlarda 42 oyunda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

