İdman

İngiltərə Premyer Liqası: “Mançester Yunayted”dən “dörd-dördlük” qələbə – VİDEO

İngiltərə Premyer Liqasında II turun görüşləri start götürüb.

İdmanxeber.com-un məlumatına görə, turun açılış matçında "Mançester Yunayted" səfərdə "Suonsi"nin qonağı olub. Rəqib meydanında ev sahiblərinə heç bir şans tanımayan "qırmızı şeytanlar" 4:0 hesablı qələbə qazanıb. Bununla da xallarının sayını 6-ya çatdıran Jose Maurinyonun yetirmələri ilk iki görüşdə maksimum nəticə ilə yadda qalıblar.

 

İngiltərə Premyer Liqası, 2-ci tur

19 avqust (şənbə)

"Suonsi" – "Mançester Yunayted" – 0:4

Qollar: Erik Bertran, 45 (1:0), Romelu Lukaku, 80 (2;0), Pol Poqba, 82 (3:0), Antoni Marsiyal, 84 (4:0)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43