Kateqoriyasız

“İnqilab Məmmədov hakimliyin “üz qarası” oldu, indiyəcən çox “başlar kəsiblər”

Tanınmış menecer Səbuhi Səfiyarlı ötən gün baş tutan “Qarabağ” – “Sabah” oyunundakı (4:3) hakim idarəçiliyi ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən Səfiyarlı matçın baş hakimi İnqilab Məmmədovu Azərbaycan hakimliyinin “üz qarası” adlandırdı:

“Sabah” əla oynadı, Murad Musayevdən bərk yapışıb bu istiqamətdə davam etmək lazımdı. “Qarabağ” da çempion olana qədər vaxtını gözləmişdi, amma Avropada sözünü deyirdi. “Qəbələ” də çempion ola bilmədi, amma Avropadakı çıxışıyla unudulmayacaq təəssürat yaratdı. Ruhdan düşməyə dəyməz, “Sabah”da iş var.

“Qara” ləqəbi ilə tanınan İnqilab Məmmədova gəlincə, dünən adını doğrultdu və çempionatın, hakimliyin “üz qarası” oldu. İnqilabın briqadasındakılar uşaq deyil, indiyəcən çox “başlar kəsiblər”. Və bütün təcrübəli hakimlər kimi, yaxşı bilirlər ki, son dəqiqələrdə “başının ağrımağı”nı istəmirsənsə, belə vəziyyətlərdə folu, autu, künc zərbəsi olsa, dərhaln hansısa bir folu uzaq qapıya tərəf verməlisən ki, mümkün səhvin qolla nəticələnmək ehtimalı olmasın. Amma olmayan yerdə autu əks tərəfə vermək… Peşəkarlıqdan danışırıqsa, burda nə “Qarabağ”lıq, nə də VAR-lıq bir şey yoxdur. Autdan oyuna daxil edildikdən sonra artıq o epizod bitmiş sayılır və penaltidən əvvəl topun kimdən çıxmasına qayıdıb baxa bilməzlər. (Məsələn, top xətdən çıxıb, amma hakim görməyibsə, davamında gedib qol vəya penalti olubsa, onda baxıla bilər.) O başqa məsələ ki, “Qarabağ”ın oyunçuları “söhbəti tutub” özləri “fair play” qərarı verə bilərdilər, amma mənim kiçik araşdırmadan belə başa düşdüm ki, heç onlar da topun kimdən çıxmağını görməyiblər və əslində heç buna borclu da deyillər.

Hakimlərin autu “Qarabağ”a vermək qərarına gəlincə, bu məsələ bildiyiniz ən, ən, ən yüksək səviyədə araşdırılmalıdır. Bu işlərdə təsadüf olmur! “Qırmızı” vermisən, bir penalti vermisən, “Qarabağ” “Sabah”a qarşı oynayır, artıq tribunadan da hadisələrin nəzarətdən çıxmasının an məsələsi olduğu görünür, bunu hiss edən AFFA nümayəndəsi 4-cü hakimin yanına düşüb, siz – illərin hakimləri meydanda bunu hiss etmirsiz? Buna məni heç kim inandıra bilməz! Top “Qarabağ”dan çıxsa belə, o saniyələr üçün yazılmamış qızıl qanunun əksinə, əks-tərəfi göstərmək təsadüf ola bilməz…”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43