“Inter” və “Bavariya” Benjamin Pavar üçün danışıqlar aparır.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu fransalı müdafiəçi üçün 25 milyon avro tələb edir. 27 yaşlı oyunçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Pavar 2019-cu ildən çıxış etdiyi “Bavariya”da 163 oyuna çıxıb və 12 qol vurub. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.

