08 İyun 2026
Kateqoriyasız

“İnter” “Qarabağ”ı sevindirdi

Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə “Qarabağ”ın qonağı olacaq “İnter” klubu oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın gürcüstanlı müdafiəçi Aleksandr Amisulaşvili zədə səbəbindən “Qarabağ”la oyunda iştirak etməyəcək.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze də xəbəri təsdiqləyib. “Avro-2016″nın seçmə mərhələsində keçirilən Gürcüstan – Almaniya matçının (0:2) 4-cü dəqiqəsində əzələsini dartan Amisulaşvili oyunu davam etdirə bilməyib. 32 yaşlı futbolçunun bir həftə – 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Qeyd edək ki, aprelin 2-də “Bakcell Arena”da keçiriləcək “Qarabağ” – “İnter” oyunu saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43