Premyer Liqa

“İnter” – “Xəzər Lənkəran” matçında feir-pley-ə “tüpürdülər”

Hal-hazırda Premyer Liqanın 16-cı turunda "Xəzər Lənkəran" və "İnter" komandaları üz-üzə gəlirlər.

İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunda maraqlı hadisə yaşanıb. Belə ki, oyunun 11-ci dəqiqəsində Lənkəran klubunun futbolçusu Tural Cəlilov ikili mübarizədə yerdə qalsa da, "bankirlər"in futbolçuları topu meydandan çıxartmaq əvəzinə hücumu davam etdiriblər. Hücumun davamında Asif Məmmədov təkbətək epizodda Orxan Sadıqlını keçə bilməyib. Buna etiraz edən cənublu futbolçular paytaxt klubunun futbolçularına kəskin etirazlarını bildiriblər. Hakimin müdaxiləsindən sonra ara sakitləşib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43