03 İyul 2026
Ölkə futbolu

“İrəvan”dan növbəti transfer – Premyer Liqadan

Növbəti mövsüm I Liqada çıxış edəcək “İrəvan” klubu heyətini gücləndirməyə davam edir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, klub Ruslan Hacıyevlə anlaşıb. Ötən mövsümü “Səbail”də keçirən oyunçu növbəti mövsüm  “İrəvan” formasında çıxış edəcək.

25 yaşlı futbolçu Premyer Liqa təmsilçilərimiz “Araz Naxçıvan” və “Kəpəz”lə də danışıq aparsa da, tərəflər razılığa gələ bilməyiblər.

Yekunda Hacıyev karyerasını “İrəvan”da davam etdirməyə qərar verib.

Xatırladaq ki, ötən mövsümü “Səbail”də keçirən daha bir futbolçu – Ədilxan Qarəhmədov da I Liqa təmsilçisində çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43