08 İyul 2026
Dünya futbolu

İspaniyalı futbolçu “Fənərbağça”ya “yox” dedi

“Bavariya”in yarımmüdafiəçisi Brayan Saraqosa “Fənərbağça”nın təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı oyunçu baş məşqçi Joze Mourinyo ilə çalışmaq istəməyib. Münhün təmsilçisi isə futbolçunu satmaq istəyir. O, klubun gələcək planlarına daxil deyil.

İspaniyalı son mövsümdə Münhen komandasının heyətində 28 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43