“Beşiktaş” ötən mövsüm icarə əsasında heyətində olan Tayfur Bingölü birdəfəlik transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “qara-qartal” bu keçid üçün “Alanyaspor”a 1 milyon avro ödəyəcək.
Tayfur ötən mövsüm İstanbul təmsilçisinin heyətində 29 oyuna 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

