Azərbaycan millisi AVRO-2024 seçmə mərhələsi çərçivəsində İsveçlə oyuna itki ilə çıxacaq.
İdmanxeber.az-a verilən məlumata görə, Avstriya ilə oyunda zədələnib məcbur əvəzlənən Eddi İsrafilovun durumu ciddidir.
O, İsveç yığması ilə oyunda millimizə kömək edə bilməyəcək.
Qarşılaşma martın 27-da keçiriləcək.

