07 İyul 2026
Dünya futbolu

“Zirə”nin legioneri oynadı, ölkəsi qalib gəldi

“Zirə”nin futbolçusu Afrika Millətlər Kuboku seçmə mərhələsində çıxış edib.

İdmanxeber. az-ın məlumatına görə, Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb. Hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.

Komandanın Nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər Kubokunun seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43