“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu Azərbaycandan ayrıla bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İtaliyadan 21 yaşlı futbolçuya təklif var. Adı açıqlanmayan C Seriyası təmsilçisi oyunçunun xidmətində maraqlıdır.
Qarşı tərəfin Şuaybu üçün Gəncə klubuna 100 min dollar təzminat ödəməyə hazır olduğu bildirilir. Klubla 1+1 müqaviləsi olan futbolçunun Gəncə təmsilçisindən ayrılıb-ayrılmayacağı bəlli deyil.
“Kəpəz” rəhbərliyi hazırda nigeriyalıya gələn təklifi müzakirə edir. Yaxın vaxtda Şuaybunun “sarı-göylər”dəki taleyi bəlli olacaq.

