21 İyun 2026
Dünya futbolu

İtaliya nəhəngləri onun üçün yarışır

“Borussiya” və Almaniya millisinin üzvü Julian Brandt karyerasını İtaliyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçiyə “Milan” və “İnter” təklif göndərib. Mövsümün sonunda Dortmund klubu ilə müqaviləsi başa çatacaq futbolçunun hansı Milan təmsilçisini seçəcəyi hələ bəlli deyil.

Brandt daha əvvəl “Volfsburq” və “Bayer” (Leverkuzen) klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43