Dünya futbolu

İtaliyalı hücumçu PSJ-dən ayrılmaq istəyir

PSJ-nin hücumçusu Marko Verratti PSJ-ni tərk edə bilər

İdmanxeber.az-ın məlumatına görə, italiyalı futbolçu “Bavariya” ilə oyundan sonra azarkeşlər tərəfindən çox sərt təpkilərə məruz qalıb. Bunun ardından məyus olan Veratti Paris təmsilçisindən ayrılmağı düşünür.

Fransa mətbuatı bildirir ki, PSJ rəhbərliyi oyunçunu satmaq niyyətində deyil. Ancaq italiyalı üçün bir neçə təklif olduğu da vurğulanıb.

“Yuventus” Verattinin xidmətində maraqlıdır. 30 yaşlı hücumçunun Turin təmsilçisinin azrakeşi olduğu da bildirilir.

.Bu mövsüm Marko PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb və 12 sarı vərəqə alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43