20 İyul 2026
Dünya futbolu

“İtaliyaya yalnız tətil üçün gələrəm” – Pep Qvardiola

Pep Qvardiola “Napoli” və “Arsenal”ı Avropanın ən güclü komandaları hesab edir.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə yerli mətbuata açıqlaması zamanı danışıb. O, gələcəkdə İtaliyada çalışıb-çalşmayacağı barədə sualı da cavablandırıb:

“İki il İtaliyada yaşadım, Breşiyada çoxlu dostlarım var. Sevidiyim ölkələrdən biridir.  Bu il “Napoli” bəlkə də oyun baxımından Avropanın ən güclü komandasıdır.

Onlar “Arsenal” kimi əla çıxış edirlər. “İnter” və “Milan” da geri qayıdır. Bu, çox yaxşı haldır. İtaliya futbolunda baş verən xoş hadisələr məni sevindirir. Ancaq mən ora yalnız tətilə gələrəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43