Dünya futbolu

PSJ Messinin tələbini rədd etdi

PSJ Lionel Messi ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar nəticə vermir. Belə ki, Messinin dünya çempionatını qazandıqdan sonra maaş tələbi dəyişib.

Paris klubu rəhbərliyi isə bunu qəbul etmək niyyətində deyil. Hücumçusunun atası Xorxe Messi klub rəsmisi Luis Kamposla bir neçə dəfə görüşsə də, razılıq əldə olunmur.

Mənbə tərəflərin yaxın vaxtda yenidən görüşəcəyini bildirib. Ancaq PSJ-nin maaş artımına müsbət yanaşmadığı da vurğulanıb. Argentinalı oyunçunun müqaviləsi mövsüm sonu başa çatır.

35 yaşlı futbolçu cari mövsüm PSJ-nin heyətində keçirdiyi 31 oyunda 18 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43