”Milan”ın forvardı Olivye Jirunun müqaviləsi mövsümün sonunda bitir.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvardın yeni adresi MLS ola bilər. MLS klubları ötən oktyabrdan bəri onunla yaxından maraqlanır.
“Milan” isə fransalı hücumçuyla müqavilə uzatmaq istəyir.
Jiru bu mövsüm turnirlərdə 30 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

